ABŞ kəşfiyyat orqanları 90 günlük araşdırmadan sonra Prezident Co Baydenə təqdim etdikləri COVID-19-un mənşəyi ilə bağlı hazırladıqları hesabatın bir hissəsini ictimaiyyətə açıqlayıblar.
Teleqraf.com xəbər verir ki, kəşfiyyatın COVID-19-un mənbəyi ilə bağlı fikir birliyinə gəlinmədiyinin bildirildiyi hesabatda ABŞ Kəşfiyyat Cəmiyyətinin 4 üzvünün virusun heyvandan insana keçdiyinə çox az inandığı deyilib.
Digər tərəfdən, başqa bir kəşfiyyat qurumunun infeksiyanın bir laboratoriyadan yayıldığına orta dərəcədə əmin olduğu vurğulanıb. Hesabatda qeyd edilib ki, bütün kəşfiyyat orqanları virusun bioloji silah kimi yaradıldığına inanmır.
Çinin virusun mənşəyi və ya mənbəyini araşdırmaq üçün ABŞ və beynəlxalq birliklə koordinasiyalı işləməməsi əsl faktların əldə olunması qarşısında ən böyük maneə olduğu söylənilib.
ABŞ Prezidenti Co Bayden də öz açıqlamasında kəşfiyyat orqanlarının ona hesabatla bağlı ətraflı məlumat verdiyini deyib. ABŞ-da yüz minlərlə insanın həyatı bahasına başa gələn COVID-19-un mənbəyi tapılana qədər rahat yatmayacağını bildirən Bayden Çinin davranışlarının bu yöndə əsas maneə olduğunu diqqətə çatdırıb.