Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 29-nu milli matəm günü elan edib.
Teleqraf.com xəbər verir ki, Tokayev “Tvitter”dəki səhifəsində yazıb: “Jambıl vilayətinin Bayzak rayonunda insan ölümünə səbəb olan faciəli hadisə ilə əlaqədar avqustun 29-nu milli matəm günü elan edirəm”.
O, həlak olan hərbçilərin və xilasedicilərin əsl qəhrəmanlıq və fədakarlıq göstərdiklərini qeyd edib.
“Onlar xalqın yaddaşında əbədi olaraq qalacaqlar”, - deyə prezident əlavə edib.
Daha əvvəl Qazaxıstan Fövqəladə Hallar Nazirliyi Jambıl vilayətində baş verən partlayışda ölənlərin sayının 12-yə çatdığını bildirmişdi.