Qazaxıstanın Jambıl vilayətində hərbi hissənin anbarında silah-sursat partlaması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, fövqəladə hadisə yerində şəxsiyyəti müəyyənləşdirilən daha bir şəxsin cəsədi tapılıb.
Bundan əvvəl partlayış nəticəsində 12 nəfərin öldüyü bildirilmişdi.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 29-nu milli matəm günü elan edib.