Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra narkotiklərlə mübarizə tədbirlərini sərtləşdirmək və xaşxaş istehsalının qarşısını almaq üçün böyük plan hazıayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Taliban hərəkatının sözçüsü Zabihullah Mücahid açıqlama verib.
“Hazırda təxminən üç milyon Əfqanıstan vətəndaşı narkotik aludəçisidir. Bu bizim üçün faciəli bir nəticədir. Narkotik istehlakı və istehsalından qurtulmağa çalışacağıq. 2001-ci ildə narkotik istehsalını ləğv etməyə müvəffəq olmuşduq. Bəzi əyalətlərdə xaşxaş hələ də dərman üçün yetişdirilir və yığılır”, - Mücahid qeyd edib.
Onun sözlərinə görə, bunun qarşısını almaq üçün yalnız bölgə yox, dünyanın digər ölkələri ilə də əməkdaşlıq etmək lazımdır: “Fermerlər xaşxaş əvəzinə başqa məhsullar yetişdirməyə yönəldilməlidir”.
Mücahid gələcək hökumətin bu problemə xüsusi diqqət yetirəcəyinə ümid etdiyini bildirib.