ABŞ-ın dövlət katibi Entoni Blinken ilə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, ABŞ və Türkiyənin xarici siyasət idarələrinin rəhbərləri Əfqanıstanda yaranmış vəziyyəti müzakirə ediblər.
Dövlət rəsmiləri həmçinin əcnəbilərin və Əfqanıstan qaçqınlarının ölkədən təxliyəsi ətrafında müzakirə aparıblar.