29 Avqust 2021 16:22
10 585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron İngiltərə ilə Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün sabah keçiriləcək görüşdə paytaxt Kabildə “təhlükəsiz bölgə” qurulmasını təklif edəcəyini söyləyib.

Teleqraf.com xəbər verir ki, o, görüşdə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin də iştirak edəcəyini deyib.

Fransa lideri sözügedən addımın Əfqanıstanı tərk etmək istəyən insanları qorumaq üçün atılmalı olduğunu bildirib.

“Çözüm təklifimiz Kabildə BMT-nin nəzarəti altında humanitar əməliyyatların davam etdirilməsinə imkan verəcək təhlükəsiz bölgə qurmağı hədəfləyir”, - Makron vurğulayıb.

Əfqanıstanda hakimiyyəti ələ keçirən Talibanın Makronun bu təklifinə isti baxmadığı bildirilib.

BMT Baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünü sabah Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün toplantıya çağırıb. Quterreş görüşdə ABŞ, İngiltərə, Fransa, Çin və Rusiya nümayəndələri ilə görüşəcək.

“Röyter” xəbər verir ki, Makron Əfqanıstandakı humanitar vəziyyət və bu ölkədən daha çox insanın təxliyəsi ilə bağlı Talibanla ilkin danışıqlar apardığını da bildirib.

Fransa Kabil hava limanından təxliyə prosesini dayandıran ölkələr arasındadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər