Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov Kabil beynəlxalq hava limanının gələcək fəaliyyəti ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Jirnov Talibanın amerikalıların gedişindən sonra hava limanının texniki nəzarətinin Qətərə və ya Türkiyəyə verilməsi ehtimalının araşdırıldığını söyləyib.
“Eşitmişəm ki, Taliban Kabil hava limanını texniki olaraq kimin idarə edəcəyi ilə bağlı təşəbbüslər göstərir. Bunu özlərinin edə bilməyəcəklərini bilirlər. Belə təcrübələri yoxdur və mütəxəssislər axtarırlar. Türkiyə və Qətəri nəzərdən keçirirlər”, - səfir vurğulayıb.
Əfqanıstanda vəziyyətin sabitləşmə perspektivlərinin böyük ölçüdə ABŞ -dan asılı olduğunu iddia edən diplomat söyləyib: “Moskva və Vaşinqtonun Əfqanıstanla bağlı əməkdaşlıqda heç bir problemi yoxdur”.