8 Noyabr 2014 20:27
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrakli Alasaniya vəzifəsindən Fransa ilə hərbi silahların alınması ilə bağlı imzaladığı müqaviləyə görə çıxarılıb.

Axar.az xəbər verir ki, bu iddia ilə Gürcüstan mətbuatı çıxış edib.

Mətbuat Alasaniyanın bir müddət öncə Fransaya səfər etdiyini və burada mühüm şəxslərlə görüşdüyünü bildirib:

“Alasaniya Fransada hərbi texnikanın alınmasıyla bağlı müqavilə imzalamaq niyyətində idi. Hazırkı zamanda Gürcüstanın silahlanmasına qarşı olan yeganə qüvvə Rusiyadır. Gürcüstan hakimiyyətində isə Moskvaya bağlı adamların sayı az deyil. Alasaniya bu müqaviləni bağlamaq istəyərkən, hazırkı Müdafiə naziri Mindiya Caneladzenin ona zəng edərək Qaribaşvilinin buna icazə vermədiyini deyib. Alasaniya isə bunlara qulaq asmayaraq, müqaviləyə imza atıb. Bundan sonra məhz həmin gün Müdafiə Nazirliyində həbslər başlayıb”.

Qeyd edək ki, Alasaniya Qaribaşvili hökumətində Qərbyönümlü şəxs kimi tanınır.


Müəllif:

Oxşar xəbərlər