29 Avqust 2021 21:12
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın pilotsuz uçuş aparatı vasitəsi ilə endirdiyi raket zərbəsi nəticəsində Kabildə ölənlərin sayı 6 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ”Ariana News” telekanalı məlumat yayıb.

Hərəkətdə olan iki avtomobil və bir fərdi evə endirilən raket zərbəsi nəticəsində 4-ü uşaq olmaqla, 6 nəfər ölüb.

"Taliban" Hərəkatının sözçüsü deyib ki, ABŞ Kabil aeroportuna hücum eləmək üçün hərəkətdə olan avtomobili raketlə vurub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər