Əfqanıstanın paytaxtı Kabildəki hava limanına hücum cəhdinin qarşısı hava hücumundan müdafiə sistemləri tərəfindən alınıb.
Teleqraf.com xəbər verir ki, təxliyələrin davam etdiyi Kabil Həmid Kərzayi beynəlxalq hava limanına 5 raketin atıldığı açıqlanıb.
Raketlərin hava müdafiə sistemləri zərərsizləşdirildiyi bildirilib.
Hücumlarda itkilərin olub-olmaması ilə bağlı açıqlama verilməyib.
Hava limanı yaxınlığındakı əvvəlki raket hücumunda 4-ü uşaq olmaqla 6 nəfər həlak olmuşdu.