9 Noyabr 2014 00:54
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının Kadirli təşkılatının rəhbəri Çağlar Balcıların evinə pnevmatik tüfənglə hücum təşkil edildi.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Balcıların evinə naməlum şəxs və ya şəxslər atəş açıb.

Hadisə Balcıların evdə olmadığı vaxt baş verib. Evdə onun həyat yoldaşı Aişə və uşaqları Emirhan (6 yaş), Mehmet Çağlar (11 yaş) və Tuğba (16 yaş) olub. Evə atəş açan şübhəlilər dərhal hadisə yerindən uzaqlaşıb.

Hadisə yerinə gələn polis şübhəlilərin həbsi üçün axtarışlara başlayıb.

Nihad


Müəllif:

Oxşar xəbərlər