30 Avqust 2021 21:42
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Şimali Koreyanın nüvə stansiyasının yenidən işə salındığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, BAEA-nın hesabatında reaktorların və Radio-kimya Laboratoriyasının fəaliyyətlərinin narahatlıq yaratdığı bildirilib.

Beynəlxalq qurum Şimali Koreyanın nüvə fəaliyyətini bu ilin iyul ayından etibarən bərpa etdiyini açıqlayıb.

BAEA peyk görüntüləri vasitəsilə Yonqbyondakı nüvə stansiyasının aktivləşdiyini müəyyən edib.

“2018-ci ilin dekabr ayının əvvəlindən 2021-ci ilin iyul ayının əvvəlinə qədər reaktorun işlək olduğuna dair heç bir əlamət yox idi. Amma 2021-ci ilin iyul ayının əvvəlindən etibarən reaktor yenidən aktivləşdirilib”, - hesabatda qeyd olunub.

BAEA Şimali Koreyanın nüvə fəaliyyətinin ciddi narahatlıq doğurduğunu bildirib:

Beynəlxalq qurum hesab edir ki, Şimali Koreyanın nüvə proqramının davam etdirilməsi BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarının açıq şəkildə pozulması deməkdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər