PKK terror təşkilatının silahlıları Suriyanın Afrin şəhərini raket atəşinə tutub.
Teleqraf.com xəbər verir ki, atəş nəticəsində 8 dinc sakin yaralanıb. Onlardan 5-i uşaqdır. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edilir ki, Tel Rıfat yaşayış məntəqəsi ərazisindən Afrinə 6 raket atılıb.
Xatırladaq ki, PKK silahlıları bir neçə gün əvvəl də Afrini raket atəşinə tutub. Nəticədə 1-i uşaq olmaqla 3 mülki şəxs həyatını itirib, 4 nəfər isə xəsarət alıb.