6 May 2014 11:35
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirdə Prezident seçkilərinin ən güclü namizədi olaraq göstərilən keçmiş Baş Qərargah rəisi Sisi seçkiöncəsi vəd verib: “Müsəlman Qardaşların Misirdə mövcudluğuna son qoyacağam”.

Bu barədə Misirdə prezidentliyə namizəd Abdul –Fattah Xəlil Əs-Sisi CBC və ONTV yerli televiziya kanallarına müsahibə verərkən bildirib. "Prezident olsam, Misirdə Müsəlman Qardaşları olmayacaq", - deyə o bəyan edib.
Əs- Sisi Müsəlman Qardaşlarını özü bitirməyəcəyini, bunu Misir xalqına həvalə edəcəyini də əlavə edib.
2013-cü ildə seçki yolu ilə seçilən ilk Misir prezidenti Məhəmməd Mursini vəzifədən uzaqlaşdıran və hərbi idarənin başına keçən Əs - Sisi, verdiyi ilk müsahibəsində hərbi idarəni ələ keçirməsini də izah edib. Onun sözlərinə görə, bu addımı atarkən, nə şəxsi ambisiyaları, nə də siyasi məqsədləri olmayıb.

"Bu ölkənin əhalisini və gələcəyini qorumaq üçün kimsə nə isə etmək imkanına malikdirsə, onu dəstəkləmək lazımdır", - deyə, Əs – Sisi bildirib.

Xatırladaq ki, Hərbi rəhbərlik Müsəlman Qardaşlarını terror təşkilatı olaraq elan edib.

Ülviyyə


Müəllif: Teleqraf.com