İranın İraqdakı səfiri İrəç Məscidi ölkəsi ilə Səudiyyə Ərəbistanı arasında Bağdadda üç görüşün keçirildiyini və danışıqların davam edəcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, Bağdadda keçirilən beynəlxalq forumda çıxışında Məscidi İranın bölgə ölkələri ilə dialoqu dəstəklədiyini deyib.
“İran bütün bölgə ölkələri ilə sülh münasibətlərinin tərəfdarıdır . Səudiyyə Ərəbistanı ilə aramızdakı danışıqlara qarşılıqlı hörmətə söykənir”, - səfir qeyd edib.
O, artıq İranla Səudiyyə Ərəbistanı arasında Bağdadda üç görüşün keçirildiyini söyləyib: “Növbəti görüş İranda hökumətqurma işləri tamamlandıqdan sonra keçiriləcək”.