ABŞ 20 il sonra Əfanıstandan sonuncu əsgərini də çıxarıb.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın sonuncu əsgəri Əfqanıstandan çıxdıqdan saatlar sonra “Taliban”dan açıqlama gəlib.
“Taliban”ın sözçüsü Zabihyllah Mücahid Kabil hava limanı yaxınlığından verdiyi açıqlamada deyib ki, Əfqanıstanı təbrik edir: “Bu qələbə hamımızındır.
ABŞ-ın sonuncu əsgərinin ölkədən çıxmasından sonra Kabil hava limanına daxil olan Müxahid bəyan edib ki, ABŞ və dünya ilə əlaqələrə malik olmaq istəyirlər: “Hər biri ilə yaxşı diplomatik əlaqələr qurulmasını məmnuniyyətlə qarşılayırıq”.
“Taliban” rəsmisi əlavə edib ki, ABŞ-ın xidməti digər işğalçılara dərs olub.
Qeyd edək ki, ABŞ açıqlama yayaraq bəyan etmişdi ki, Kabil hava limanında təxliyə əməliyyatını başa çatdırıb və bu ölkəni tərk edib.