9 Noyabr 2014 04:01
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdad şəhərində törədilmiş silsilə partlayışlar nəticəsində 33 nəfər ölüb.

Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, partlayışlar nəticəsində azı 100 nəfər yaralanıb.

Məlumata görə, partlayışların hamısı şiələrin kompakt yaşadığı rayonda törədilib.

Qeyd edək ki, BMT-nin Bağdaddakı missiyasının ötən həftə yaydığı bəyanatda oktyabr ayı ərzində İraqda törədilmiş terror aktları nəticəsində 1200 nəfərdən çox insanın öldüyü qeyd olunub.

Bəyanata əsasən, ölkənin ən təhlükəli şəhəri paytaxt Bağdad hesab olunur. BMT nümayəndələri Bağdadda ay ərzində 379 dinc sakinin ölüm faktını qeydə alıblar.


Müəllif:

Oxşar xəbərlər