31 Avqust 2021 14:40
1 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slovakiya bu gündən etibarən Rusiyada istehsalı olan “Sputnik V” koronavirus peyvəndindən istifadə etməyi dayandırır.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib.

“Bu gün “Sputnik V” peyvəndi vurdurmaq istəyən respublika sakinlərinin ikinci doza rus peyvəndi alacaqları son gündür”, - Səhiyyə Nazirliyi bildirib.

Slovakiyada “Sputnik V” peyvəndindən iyunun 7-də istifadə olunmağa başlanıb. Peyvənd olunmaq istəyənlərin qeydiyyatı iyunun 30-da başa çatıb. Baş nazirin müavini və maliyyə naziri İqor Matoviç də daxil olmaqla respublikanın 15 mindən çox sakini bu peyvənddən vurdurmaq istədiyini ifadə edib.

Ancaq Avropa İttifaqında qeydiyyatdan keçməmiş bir vaksinin alınması respublikada hökumət böhranına səbəb oldu. Xüsusilə, Slovakiya Prezidenti Zuzana Çaputova tərəfindən bu peyvəndin alınmasından narazılıq ifadə edildi. Nəticədə Matoviç baş nazir vəzifəsindən istefa verib və yalnız maliyyə naziri olaraq qalıb.

Slovakiya Rusiya Federasiyasından 200 min doza vaksin alıb, ancaq onlardan yalnız 40 minini istifadə etməyə qərar verib. Respublika Səhiyyə Nazirliyi təxminən ay yarım əvvəl Rusiyanın 160 min doz preparatın pulunu satıldığı qiymətə (bir dozaya görə 9,95 dollar) geri qaytardığını açıqlamışdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər