Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Əfqanıstandakı vəziyyəti kritik adlandırıb.
Teleqraf.com xəbər verir ki, nazir “İnterfaks”a açıqlamasında deyib:
“Bu ölkədə vəziyyət kritikdir. İnsanlar hətta öz canları bahasına oradan qaçmağa çalışırlar”.
O, həmçinin beş ölkənin bir neçə yüz vətəndaşının Kabildan təxliyəsi zamanı aparılan operativ və dəqiq işlərə görə rus pilotlara və həkimlərə minnətdarlığını bildirib.