1 Sentyabr 2021 13:18
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ ordusu 20 il Əfqanıstanda qaldı, fəaliyyətlərinin nəticəsi sıfıra bərabər oldu, bu ölkəyə faciələrdən başqa heç nə gətirmədi”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Bizdən uzaq olmayan yerdə baş verən hadisələri - Əfqanıstanı nəzərdə tuturam... İyirmi ildir ki, Amerika qoşunları bu ərazilərdə idi və iyirmi il ərzində insanları sivilləşdirməyə, əslində isə öz standartlarını təqdim etməyə çalışdılar. Nəticə nə oldu? Faciələr və itkilər... Nəticə sıfıra bərabərdir, buna “mənfi” desəm, yanılmaram”, - Putin bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər