1 Sentyabr 2021 13:45
3 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Rusiya Xarici işlər nazir Sergey Lavrov haqda qəribə iddialar yayılır.

Teleqraf.com xəbər verir ki, məlumatda Lavrovun gürcü əsilli erməni ailəsində doğulduğu deyilir.

Onun hələ gənc yaşlarında siyasi karyerası naminə erməni soyadından imtina etdiyi bildirilib:

“Rəsmi mənbələr Sergey Viktoroviç Lavrovun 1950-ci ildə Moskvada anadan olduğunu göstərir. Milliyyətinin rus olduğu bildirilir. Eyni zamanda, bir çox media orqanı siyasətçinin Tiflisdə, bəlkə də Avlabarda doğulması və gürcü əsilli erməni olması barədə iddianı bir qədər də qızışdırır.

Lavrov 2005-ci ildə Ermənistana səfəri zamanı köklərinin gürcü olduğunu söyləyib. Jurnalistlər Lavrovdan onun İrəvandan dərhal sonra getməli olduğu Gürcüstandakı soyuq qəbuldan narahat olub-olmadığını soruşublar.

Jurnalistlərdən biri erməni köklərinin işində ona kömək edib-etmədiyini soruşduqda Lavrov belə cavab verib: “Əslində, köklərim gürcüdür, atam Tiflisdəndir, amma qanım erməni qanıdır”.

Lavrovun atası erməni əsilli gürcü Viktor Kalantarov (Kalantaryan), anası Kaleriya Lavrovadır. Ermənilərin iddiasına görə, Kalantarovlar ailəsi vaxtilə Tiflisdə zəngin və hörmətli ailələrdən biri olub. İddiaya görə, Sergey Viktoroviçin valideynləri erkən boşanıblar, buna görə də gələcək siyasətçinin uşaqlığı Gürcüstanda yox, Moskvada keçib və anasının soyadını alıb. Bunun siyasi karyera naminə edilməsi haqda iddia da var.

Rəsmi mənbələrdə uşaqlığı və gəncliyi haqqında məlumatlar çox azdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər