1 Sentyabr 2021 19:14
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yoluxucu xəstəliklərin sürətlə yayıldığı bu günlərdə Hindistan yeni bir epidemiya ilə mübarizə aparır.

Teleqraf.com xəbər verir ki, “əsrarəngiz xəstəlik” adlanan bu yeni epidemiya ağcaqanadlarla yayılır.

Adı müəyyən edilməyən “əsrarəngiz xəstəlik” Hindistanın ən çox əhalisi olan əyalətində sürətlə yayılır. Yetkinlərə də təsir edən xəstəlik xüsusilə uşaqlarda rast gəlinir. Xəstəliyin ilk əlamətləri oynaq və baş ağrıları, ürək bulanması da daxil olmaqla, qızdırma dəngə epidemiyasının simptomları özündə cəmləşdirir. Ən qorxulusu trombositlərin azalmasına təsir edərək qan laxtalanmasını təmin edir.

Hindistanın şimalındakı 200 milyon əhalisi olan Uttar Pradeş əyalətində bir həftədə ən az 40 uşaq qızdırmadan ölüb. Bu xəstəliyə yoluxanların koronavirus testləri neqativ çıxıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasına görə, COVID-19 və dəngə epidemiyalarının birgə təsiri potensial risk altında olan əhali üçün ağır nəticələrə səbəb ola bilər. Xəstəlik hazırda Afrika, Amerika, Şərqi Aralıq dənizi, Cənub-Şərqi Asiya və Sakit Okeanın qərbindəki 100-dən çox ölkəsində nadir müşahidə olunur.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər