Əfqanıstanı tamamilə ələ keçirən Talibandan maraqlı açıqlama gəlib.
Teleqraf.com xəbər verir ki, Talibanın sözçüsü Şer Məhəmməd Abbas Stanixzay yaxın günlərdə yeni hökumətin açıqlanacağını bildirib.
O, Talibanın əhatəli hökumət quracağını deyib.
Stanixzay yeni komandada qadınların da olacağını, ancaq qadın nazir olmayacağını bildirib.
Taliban sözçüsü ABŞ-ın dəstəklədiyi keçmiş hökumətdə xidmət edən qadınların yeni rəhbərliyə daxil olmayacağını da diqqətə çatdırıb.
Taliban liderləri əvvəlki ifadələrində şəriət qaydalarına riayət etdikləri təqdirdə qadın hüquqlarına hörmət edəcəklərini bildirmişlər.