2 Sentyabr 2021 12:10
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Əfqanıstanı tərk etməsinin ardınca Suriyadan da çıxacaq.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinə yaxın olan “Foreigen Policy” dərgisi yazıb.

Dərgi qeyd edib ki, ABŞ Əfqanıstandan çıxdıqdan sonra növbə Suriyaya çatır.

Co Baydenin prezident seçildikdən sonra Vaşinqtonun Yaxın Şərq siyasətinə diqqət çəkən məqalədə bildirilir ki, Bayden administrasiyası getdikcə Suriya siyasətindən uzaqlaşır.

Məqalədə Vaşinqton hökumətinin verəcəyi bu qərardan sonra 2014-cü ildən bu yana dəstək verdiyi PKK-nın Suriya qanadı olan YPG-nin aqibətinə də toxunulub.

Dövlət Departamentinə yaxın olan dərgi bildirir ki, ABŞ-ın Suriyadan çəkilməsindən sonra Türkiyənin Suriyada təsiri daha da güclənəcək. ABŞ-ın çıxdıqdan sonra Türkiyənin bölgədə gücünün artmasının YPG-nin sonunu gətirəcəyinə işarət diqqət çəkən detal kimi qabardılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiev bildirmişdi ki, ABŞ qüvvələri hər an Suriyadan çıxa bilər: “ABŞ qüvvələrinin Suriyadan çəkilməsinin hər an baş verə biləcəyini düşünürəm”.


Müəllif: Cavad