2 Sentyabr 2021 12:44
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şotlandiya krallıqdan ayrılarsa, İngiltərə nüvə sualtı gəmilərini bu ölkədəki bazalarından çıxarmaq üçün hərəkət planı hazırlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Financial Times” diplomatik və hərbi mənbələrə istinadən məlumat yayıb.

Qəzetin mənbələrinə görə, mümkün variantlardan biri sualtı gəmilərin İngiltərədəki bir bazaya, xüsusən də Plimut şəhəri yaxınlığındakı Devonport bazasına köçürülməsidir. Nəşr 2014-cü ildə Krallığın Müdafiə Araşdırmaları İnstitutunun təhlilinə istinad edərək qeyd edib ki, yenidən yerləşdirmə 3-4 milyard funt-sterlinqə başa gələ bilər.

İkinci hərəkət variantı sualtı gəmilərin müttəfiq ölkələrdən birinin ərazisində yerləşən bazalara köçürülməsini nəzərdə tutur. Söhbət, məsələn, ABŞ-ın Corciya ştatındakı Kinqs-Bey dəniz donanmasının bazası və ya Fransanın Lonq yarımadasındakı nüvə gəmilərindən gedə bilər.

Mənbələrə görə, belə bir həll yolu ucuz başa gələ, amma İngiltərənin müdafiə suverenliyinə mənfi təsir göstərə bilər.

Üçüncü varianta görə, London Şotlandiyanın Fasleyn və Kulportdakı mövcud Dəniz Qüvvələrinin bazalarını uzunmüddətli icarəyə götürməyi düşünür. İngiltərə Müdafiə Nazirliyi isə açıqlama verərək, nüvə arsenalının Şotlandiyadan köçürülməsinin planlaşdırılmadığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər