Ukrayna lideri Vladimir Zelenski ABŞ-a səfəri çərçivəsində Kaliforniyaya gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə onun ofisi məlumat yayıb.
“Ukrayna dövlət başçısının gəlişi şərəfinə San-Fransisko şəhər meriyasının binası ştat rəhbərliyinin təşəbbüsü ilə Ukrayna bayrağının rəngləri ilə işıqlandırılıb”, - deyə mətbuat xidməti “Telegram”da qeyd edib.
Bildirilir ki, bu, Ukrayna prezidentinin bütün müstəqillik tarixi ərzində Kaliforniyaya ilk səfəridir.
O, Kaliforniyada amerikalı biznesmenlərlə görüşməyi planlaşdırır.
V.Zelenski ABŞ-da işgüzar səfərdədir. Sentyabrın 1-də onun Ağ Evin rəhbəri Co Baydenlə görüşü olub.