9 Noyabr 2014 20:21
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış gürcü aktyoru Vaxtanq Kikabidze bu yaxınlarda ona “Donetsk Xalq Respublikası”ndan (DXR) zəng edildiyini və güllələnəcəyinin bildirildiyini söyləyib.

Musavat.com-un xəbərinə görə, bu barədə aktyor “Svetskaya jizn” (“Dünyəvi həyat”) proqramında çıxışı zamanı danışıb.

“Bu yaxınlarda mənə zəng eləmişdilər: “Mən eşidirəm!” – “Bu, Vaxtanqdır?” – “Bəli” – “Biz DXR-dən zəng edirik”. Mən gülməyə başladım, çünki mənimçün gözlənilməz idi. Dedim: “Nə olsun ki?” – “Biz sizi güllələcəyik”. Bundan sonra onlara nə söylədiyimi burda, kadrda təkrarlaya bilmərəm. Bu, çox gülməli görünür” – deyib Kikabidze.

Xatırladaq ki, Vaxtanq Kikabidze Rusiyaya çəkilişlərə getmir və prezident Putinə heç cür Gürcüstana müdaxiləni bağışlaya bilmir. Eyni zamanda ukraynalıları müdafiə edir.


Müəllif: