Türkiyə Konstitusiya Məhkəməsi Xalqların Demokratik Partiyasının (HDP) bağlanması ilə bağlı açılan cinayət işində müdafiə üçün partiyanın əlavə vaxt tələbini qəbul edib.
Teleqraf.com xəbər verir ki, qərarının yekdilliklə qəbul edilməsindən sonra iki aylıq ilkin müdafiə müddəti başlayıb.
Partiyaya ilkin müdafiəsini təqdim etmək üçün 60 gün, əleyhinə siyasi qadağa tələb olunanların ilkin müdafiəsini hazırlamaq üçün isə 30 gün verildiyi bildirilib.
Qeyd edək ki, HDP PKK terror təşkilatı ilə əlaqədə ittiham edilir.