İngiltərə Xarici işlər naziri Dominik Raab ölkəsinin Talibanı tanımayacağını, ancaq onunla əlaqə saxlamasının lazım olduğunu söyləyib.
Teleqraf.com xəbər verir ki, nazir Taliban məsələsinə realist yanaşdıqlarını və onu tanımayacaqlarını deyib.
Dominik Raab hər kəsin Əfqanıstandakı yeni idarəçiliyin yeni reallıqlarına uyğunlaşmalı olduğunu və Talibanla da əlaqə kanallarını açıq saxlamalı olduğunu diqqətə çatdırıb.
Raab Həmid Kərzayi beynəlxalq hava limanının fəaliyyətinin Taliban üçün sınaq olduğunu da qeyd edib.