3 Sentyabr 2021 15:49
8 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov yüksəklikdən qorxduğunu etiraf edib, həmçinin, onu son vaxtlar heç kimin qorxutmadığını bildirib.

Teleqraf.com xəbər verir ki, Rusiya “Bilik” Cəmiyyətinin marafonunda diplomatdan sonuncu dəfə nə vaxt qorxu hiss etdiyi soruşulub.

“Mən Yekaterinburqdaydım və burada ictimaiyyət nümayəndələri, iş adamları ilə görüşürdüm. Təşkilatçılar görüşlərimizi britaniyalı memar tərəfindən inşa olunmuş Rusiya Mis Kompaniyasının binasında təşkil edirdilər. Bu bina ümumiyyətlə arxitekturada ən yaxşı, hündür binalardan biridir.

Məni şüşə divarı olan və küçəyə çıxarılmış liftlə iyirmi neçəncisə mərtəbəyə qaldırdılar. Bax, bundan mən həqiqətən qorxuram, bu, mənim üçün xoşagəlməzdir”, - deyə nazir bildirib.

Norman Foster tərəfindən Yekaterinburqda layihələndirilmiş Rusiya Mis Kompaniyasının mənzil-qərargahı 15 mərtəbədən ibarətdir. Onun qeyri-adi fasadı misin büllur qəfəsinin strukturunu xatırladır və onun rəngini təkrarlayır.


Müəllif: Səxavət

Oxşar xəbərlər