9 Noyabr 2014 21:27
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rus qadınlarını Prezident Vladimir Putinin sperması ilə mayalandırmaqla rus xalqı üçün "hərbi və siyasi elita"ya çevriləcək bir nəsil yetişdirilməlidir".

Teleqraf.com-un Publika.az-a istinadən məlumatına görə, bu qeyri-adi təkliflə Rusiya Dövlət Dumasında demoqrafiya ilə bağlı məsələlər müzakirə olunarkən parlamentin aşağı palatasının Qadın, Uşaq və Ailə Məsələləri üzrə Komitəsİnin sədri Yelena Barisovna Mizolina çıxış edib.

"Mənim təklifim çox sadədir. Rusiyadakı hər qadın, hamilə qalıb körpə sahibi olmaq üçün poçtla prezidentin genetik materialını alacaq. Bu qadınlar dövlətin xüsusi nəzarəti və qayğısı ilə əhatə olunacaqlar. Onlar hökumətdən təqaüd alacaqlar. Onların doğduğu uşaqlar isə Sovetlər Birliyində olduğu kimi, xüsusi məktəblərdə təhsil alacaqlar. Beləliklə, gələcəkdə Rusiya prezidentindən doğulan uşaqlar dövlətin hərbi və siyasi elitasını formalaşdıracaq", - Borisovna əlavə edib.


Müəllif: