Dünyanın dördüncü ən böyük cinayəti sayılan fil dişi və kərgədan buynuzu kimi vəhşi heyvan məhsullarının qanunsuz ticarəti Cənubi Afrikada biotəhlükəsizlik riski yaradır.
Teleqraf.com xəbər verir ki, yerli və qeyri-kommersiya təşkilatı WWF Afrikada qanunsuz vəhşi heyvan alverinin həm kərgədan, həm də fil populyasiyasına təsirini azaltmağı qarşısına məqsəd qoymuş ”Keta” proqramı vasitəsi ilə qanunsuz vəhşi heyvan ticarətinə son qoymaq üçün çalışır.
WWF-nin səylərinə baxmayaraq, qanunsuz vəhşi heyvan ticarəti ekosistemin dağılması, biomüxtəlifliyin yoxa çıxması və biotəhlükəsizlik baxımından təhdidləri genişləndirməkdə davam edir.
WWF-nin “Keta” proqramının sözçüsü Lara Rall son illərdə qanunsuz ticarət nəticəsində fil və kərgədanlar üçün böyük təhlükənin yarandığını bildirib.
O, kərgədan və filləri görən sonuncu nəsil ola biləcəyimizi deyib.