3 Sentyabr 2021 22:43
3 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya tarixində ən gənc kansler namizədi Annalena Berbok hazırkı hökumət başçısı Angela Merkelin yerinə keçə bilər.

Teleqraf.com xəbər verir ki, idmanda olduğu kimi siyasətdə də uğurla irəliləyən Annalena Berbok öz iddiası ilə diqqət çəkməyə başlayıb.

Gəncliyində idmançı olan Berbokun hazırda 40 yaşı var. Yaşıllar Partiyasının üzvü Berbok Almaniyada kansler vəzifəsinə müraciət edən ən gənc şəxsdir.

Gənc qadın seçki kampaniyasına uğurlu başlanğıc edib. Aprel ayında rekord sayda səs alıb. Amma bəzi problemlər də ortaya çıxıb. May ayının ortalarında Bundestaqa xüsusi ödənişləri gecikdirdiyi məlum olub. Bundan başqa təqdim etdiyi CV-nin detalları dəqiq olmayıb. Bu səbəblərdən Yaşılların həmsədri Robert Habekin namizədliyi irəli sürülüb.

Bundan əlavə, sosial şəbəkələrdə çılpaq fotoşəkillərinin olduğu və itlərə qarşı aqressiv çağırışları Berboku çətin vəziyyətə salıb. Bununla belə, namizədliyindən əl çəkməyib.

Yaşılların seçki kampaniyasında prioritet və əsas mövzusu olan iqlim böhranını həll etmək təşəbbüsündən çıxış edərək xal qazanmağa çalışır. Qərbi Almaniyada daşqınların baş verdiyi yerə getmək və rezin çəkmələrində şəkil çəkdirmək imicini bərpa etməyə kömək edib.

İqlimdən başqa, Avropa Birliyi Berbokun gündəmində ən prioritetlərdən biridir. Politoloq və beynəlxalq hüquq mütəxəssisi Berlok təcili olaraq Avropanın müdafiə siyasətinin gücləndirilməsinə çağırışlar edir.

Berbok siyasi karyerasına əri və iki qızı ilə yaşadığı Brandenburqda başlayıb. 2018-ci ildə Robert Habeklə birlikdə Yaşıllar Partiyasının həmsədri seçilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər