9 Noyabr 2014 21:54
794

Alman Federal Kəşfiyyatı (BND) İŞİD-in Qərb ölkələrində ictimaiyyət üçün açıq yerlərdə hücumlar təşkil edə biləcəyi barədə xəbərdarlıq edib.

Teleqraf.com-un “Der Spiegel” jurnalına isitnadən verdiyi xəbərə görə, BND müvafiq terror strategiyasının hərtərəfli təhlili nəticəsində bu qənaətə gəlib. Yayılan hesabatda İŞİD-in Qərb ölkələrində terror hücumları həyata keçirməyə hazır olduğu bildirilir.

Alman kəşfiyyatının rəsmi məlumatında mümkün hücumların əks reaksiya doğuracağı, beynəlxalq koalisiya üzvü olan ölkələrin Suriya və İraqa quru qoşunları göndərməsinə yol açacağı da vurğulanıb.

Nail Cəlil


Müəllif:
Загрузка...