Taliban Pencşiri nəzarət altına alıb.
Teleqraf.com xəbər verir ki, bununla da Taliban Əfqanıstanda 34 vilayətin hər birində hakimiyyətini elan edib.
Bu xəbəri Taliban üzvləri paytaxt Kabildə atəşfəşanlıqla qeyd edib. Silahlı atəşfəşanlıq zamanı 17 nəfər ölüb, 41 nəfər yaralanıb.
Nanqarhar vilayətindəki silahlı atəşfəşanlıq zamanı isə azı 14 nəfərin öldüyü ortaya çıxıb.
Taliban sözçüsü Zabihullah Mucahid mülki insanların ölüm xəbərinin yayılmasından sonra Tvitter hesabında açıqlama yayıb.
“Havaya atəş açmaqdan qaçının və bunun yerinə Allaha şükür edin. Güllələr mülki insanlara zərər verə bilər. Əsassız yerə atəş açmayın”,- sözçü bəyan edib.