BMT-nin baş katibi Antonio Quterreş Qvineyada hakimiyyətin ələ keçirilməsini pisləyib və bu ölkənin prezidenti Alfa Kondenin dərhal sərbəst buraxılmasını tələb edib.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin baş katibinin "Twitter"də yerləşdirilən bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Qvineyadakı vəziyyəti yaxından izləyirəm. Silah gücü ilə hakimiyyətin ələ keçirilməsini şiddətlə qınayıram və prezident Alfa Kondenin dərhal sərbəst buraxılmasını tələb edirəm".