6 Sentyabr 2021 09:32
3 914
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti Krım Tatar Milli Məclisi (KTMM) sədrinin müavini Nəriman Cəlal da daxil olmaqla 45 Krım tatar türkünün saxlanılmasını qınayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlama verib.

“ABŞ KTMM millət vəkili Nəriman Cəlal və ən azı 45 digər Krım tatarının rus işğalçıları tərəfindən Krımda saxlanılmasını şiddətlə qınayır. Onları dərhal sərbəst buraxmağa çağırırıq”, - Prays qeyd edib.

Sözügedən həbslərin KTMM-ə qarşı siyasi motivli təzyiq, həbs və cəza tədbirlərinin son nümunələri olduğuna diqqət çəkən Prays bildirib:

“Avqustun 23-də Krım Platforması Zirvəsində bir daha vurğuladığımız kimi, Krım Ukraynadır və ABŞ Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər