6 Sentyabr 2021 10:15
1 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın devrilən diktatoru Müəmmar Qəddafinin oğlu Sədi Qəddafi azadlığa buraxılıb.

Teleqraf.com xəbər verir ki, Sədi Qəddafi Liviya Baş Prokurorluğunun qərarı və Baş nazir Əbdülhəmid Dilibenin razılığı əsasında azad edilib.

Sədi Qəddafinin xüsusi təyyarə ilə Türkiyəyə getdiyi bildirilir.

Müəmmar Qəddafi dövründə Liviyada idman sahəsinin idarəçiliyə rəhbərlik edən Sədi Qəddafi eyni zamanda Liviya milli futbol komandasında oynayırdı.

Qeyd edək ki, Sədi Qəddafi 2011-ci ildə atasının devrilməsindən sonra Nigeriyaya qaçmışdı. O, 2014-cü ildə həbs edilərək Liviyaya gətirilmişdi.


Müəllif: Cavad

Oxşar xəbərlər