6 Sentyabr 2021 10:56
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrana xüsusi yaxınlığı ilə bilinən Haşdi Şabi briqadasının komandanlarından Asif Həsən Kərim İraqın Babil kəndində öldürülüb.

Teleqraf.com xəbər verir ki, Haşdi Şabi qüvvələrinin əl-Cəzirə əməliyyatları komandanı vəzifəsini tutan Asif Həsən Kərim Babil vilayətinin Veref en-Nasir bölgəsində avtomobilinə qoyulan bombanın partladılması nəticəsində öldürülüb.

Onunla birlikdə avtomobildə olan iki nəfər isə yaralanıb.

Qeyd edilir ki, sui-qəsdin baş verdiyi ərazi tamamilə Haşdi Şabi qüvvələrinin nəzarətindədir.

Hələlik sui-qəsdi heç bir təşkilat üzərinə götürməyib.


Müəllif: Cavad

Oxşar xəbərlər