6 Sentyabr 2021 11:48
3 997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı hərbi ekspert İqor Korotçenko Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanı ələ salıb.

Teleqraf.com xəbər verir ki, ekspert Tonoyanın ötən il səsləndirdiyi fikirləri xatırladıb.

Korotçenkonun keçmiş müdafiə nazirinə cavabı ironiyalı olub:

“Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan iddia edirdi ki, erməni tankları bir gün Bakıya qədər gedəcək. Bəli, erməni tankları indi Bakıdakı Hərbi Qənimətlər Parkındadır”.

Ötən il Azərbaycana qarşı yeni ərazi iddiası ilə çıxış edən David Tonoyan yeni müharibədə erməni tanklarının Bakıya qədər irəliləyəcəyini demişdi. Amma 44 günlük müharibədə Azərbaycan Silahlı Qüvvələrinə ağır məğlub olan erməni ordusunun silah-sursatı və hərbi texnikaları nümayiş etdirilməsi üçün Bakıdakı Hərbi Qənimətlər Parkına gətirildi. Müharibədə erməni ordusunun komandanı da Tonoyan idi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər