6 Sentyabr 2021 17:36
1 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni rüşvət qalmaqalının ortaya çıxdığı İngiltərədə Şahzadə Çarlzın Səudiyyə Ərəbistanından olan iş adamından vətəndaşlıq vədi ilə ianə adı altında pul aldığı bildirilib.

Teleqraf.com xəbər verir ki, “Sunday Times” qəzeti mərhum Şahzadə Çarlzın yaxın dostu Maykl Fosett tərəfindən 2017-ci ildə yazılan məktubu 2017-ci ildə manşetə çıxarıb və ölkənin gündəmini dəyişib.

Şahzadə Çarlzın Şahzadə Fondu xeyriyyə təşkilatının baş direktoru Maykl Fosett tərəfindən imzalanan məktub Səudiyyə Ərəbistanından olan məşhur iş adamı Məhfuz Marey Mübarək bin Məhfuza xitabən yazılıb.

İldə 95 min funt sterlinq qazanan Fosett fondun donoru olan iş adamına yazdığı məktubda bildirib: “Səxavətinizə görə, kral ailəsinin xeyriyyə təşkilatı Britaniya vətəndaşlığı və cəngavərlik əldə etməyinizdə məmnuniyyətlə kömək edəcək”.

Səudiyyəli iş adamının bunun üçün 1.5 milyon sterlinq bağışladığı bildirilən məktub ölkədə şok effektı yaradıb. Şahzadə Çarlzın ən etibarlı adamlarından biri sayılan Maykl Fosett bu gün istefa vermək qərarına gəlib.

Ölkənin aidiyyəti qurumları məsələ ilə əlaqədar istintaq başladıldığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər