6 Sentyabr 2021 18:38
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində ikigünlük vebinar təşkil edilib.

Teleqraf.com xəbər verir ki, vətəndaş cəmiyyəti təşkilatları (VCT) rəhbərlərinin yeni bilik və bacarıqlar əldə etməsi üçün keçirilən vebinar seriyası 25 təşkilatı və icma qrupunu bir araya gətirib.

Dosent Anar Vəliyev tərəfindən keçirilən sessiyalarda problemin müəyyənləşdirilməsi, müvafiq datanın araşdırılması, konseptləşdirilməsi və layihə ideyalarının təqdimatı da daxil olmaqla, qrant təkliflərinin yazılması prosesləri müzakirə edilib. Həmçinin, bəzi sessiyalar COVID-19 pandemiyasının Azərbaycan cəmiyyətinə və fərdlərə təsirlərinin aradan qaldırılması üçün yeni həll yollarının müzakirəsi və təklifinə həsr olunub.

Qeyd edək ki, vebinar seriyası gələn həftə də davam edəcək.

BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən 3 milyon avro vəsaitin ayrıldığı bu layihə, siyasətlərin formalaşdırılması, yerli inkişaf və sosial innovasiya sahələrində VCT-lərin iştirakının artırılması məqsədilə təşkilatların potensialının gücləndirilməsini hədəfləyir.


Müəllif: Cavad

Oxşar xəbərlər