Kabildə Rusiya və Türkiyə nümayəndələrinin iştirakı ilə Talibanla görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Talibanın Qətərdəki ofisinin sözçüsü Süheyl Şahin açıqlama verib.
O, görüşdə Əfqanıstandakı mövcud vəziyyətin və Kabil hava limanının müzakirə edildiyini bildirib.
Süheyl Şahin dünən keçirilən görüşdə ikitərəfli əlaqələr və qarşılıqlı əməkdaşlıqda maraq doğuran məsələlərə də toxunulduğunu söyləyib.