Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili oktyabrın 2-də keçiriləcək seçkilərdə qiyabi həbs qərarı verildiyi üçün 8 ildir geri dönə bilmədiyi ölkəsinə qayıdacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Saakaşvili ölkəsində həm iqtisadi, həm də koronavirusla mübarizədə çətin dövrlərin olduğunu deyib.
Oktyabrın 2-də keçiriləcək seçkilərdə Gürcüstana qayıdacağını bildirən Saakaşvili qeyd edib:
“Mən bu seçkilərə Gürcüstana qayıdacağam”.
Gürcüstanda onun barəsində qiyabi həbs qərarı olduğunu xatırladan eks-prezident deyib:
“Gürcüstan hökumətinin məni həbs edəcəyindən qorxmuram, əminəm ki, gürcü xalqı həm özünü, həm də məni azad edəcək”.