7 Sentyabr 2021 10:59
1 688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Krım Tatar Konqresinin baş katibi, vəkil Namiq Kamal Bayar Rusiya hüquq mühafizə orqanlarının Krımda Nəriman Cəlal, Eldar Odaman, Asan və Əziz Ahtəm qardaşları ilə Şövkət Useini həbs etməsini pisləyir.

Teleqraf.com xəbər verir ki, rus təhlükəsizlik qüvvələri adı çəkilən insanların evinə hücum edib ki, bu da insan hüquqlarının pozulması kimi qiymətləndirilir.

Bundan başqa, beş tatarın həbs edilməsinə etiraz edən 42 nəfərdən çox tatar da eyni metodlarla həbs olunub.

Dünya Krım Tatar Konqresinin baş katibi Namiq Kamal Bayar bildirib ki, rus kəşfiyyatı tatar türklərini özlərinin istehsal etdiyi “cinayətlər” əsasında həbs edir: “Həmin şəxslər guya Krımda avqustun 23-də qaz kəmərində partlayışla bağlı saxlanılıb. Halbuki saxlanılanlardan bəziləri həmin gün Krımda olmayıb”.

Belə ehtiml olunur ki, rus hüquq-mühafizə orqanlarının bu addımları əslində Krım Platformasına qarşı intiqam tədbirləridir. Bu prosesdə Krım daxilində platformaya dəstək verənlər zərərsizləşdirilir.


Müəllif: Cavad

Oxşar xəbərlər