7 Sentyabr 2021 13:14
1 767
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Prezidenti Vladimir Putinin Kuril adaları üçün təklif etdiyi xüsusi vergi rejimi iki ölkənin qanunlarını pozmamalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Yaponiya Xarici işlər naziri Toşimitsu Moteqi deyib.

“Sülh müqaviləsinin imzalanması üçün əlverişli şərait yaratmaq məqsədilə Rusiya ilə konstruktiv dialoqa davam etmək istərdik”, - nazir bildirib.

Rusiya prezidenti ötən həftə Kuril adalarındakı sahibkarların 10 il müddətinə mənfəət, əmlak, torpaq vergisindən azad ediləcəyini və sığorta haqlarının azaldacağını açıqlayıb. O, sahibkarlar gömrük xüsusi imtiyazlarının da veriləcəyini bildirib. Bunun ayrıca bölgədə olan xarici şirkətlərə də şamil ediləcəyi qeyd edilib.

İkinci Dünya Müharibəsindən sonar SSRİ və Yaponiya arasında sülh müqaviləsi imzalanmayıb. Tokio 1855-ci ildə “Ticarət və sərhədlər” müqaviləsinə əsaslanaraq Kunaşir, Şikotan, İturup və Xabomay adalarına iddia edir.

Moskvanın mövqeyi budur ki, sözügedən adalar müharibə nəticəsində SSRİ-nin tərkibinə qatılıb və Rusiyanın həmin ərazilər üzərindəki suverenliyi mübahisəsizdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər