7 Sentyabr 2021 16:44
1 628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya liderliyində keçiriləcək “Qərb-2021” hərbi təlimlərində bir neçə dövlət iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, artıq 7 ölkənin hərbçilərinin Nijni Novqorod bölgəsinə gəldiyini Rusiya Müdafiə Nazirliyinin Qərb Hərbi Dairəsinin mətbuat xidməti təsdiqləyib.

Təlimlərdə Ermənistan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Özbəkistan və Şir-Lanka da iştirak edəcək.

Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri hərbçiləri döyüş təlim mərkəzinin düşərgəsinə çatdırır.

Qeyd edək ki, təlimlərdə T-72B3 tankları, BMP-2 piyada döyüş maşınları, AK-74 pulemyotları, qumbaratanlar, RPG-7V və PKM pulemyotlarından istifadə ediləcək.

Sentyabrın 10-16-da Belarus və Rusiya hərbi poliqonlarında keçiriləcək “Qərb-2021” təlimlərində ümumilikdə 100 mindən çox hərbçi, 80-dan çox təyyarə və helikopter, 760-a qədər texnika olacaq.

Təlimin konsepsiyası şərti dövlətlərə qarşı hərbi-siyasi vəziyyəti gərginləşdirmək üçün mümkün variantlardan birinə əsaslanır.

Xatırladaq ki, Rusiya və Belarus təlimlərin heç kimə qarşı yönəlmədiyini, müdafiə xarakterli olduğunu bildirir.


Müəllif: Cavad

Oxşar xəbərlər