NATO hərbi ittifaqı İranı ittiham edib.
Teleqraf.com xəbər verir ki, İranla bağlı ittihamı NATO Baş katibi Yens Stoltonberq Kopenhagendə keçirilən silahlanmaya nəzarət, tərksilah, kütləvi qırğın silahlarının yayılmaması mövzusunda ittifaqın 17-ci illik konfransında səsləndirib.
NATO Baş katibi Stoltonberq bildirib ki, İran nüvə ballistik arsenalını qurmağa çalışır.
Parstoday.com saytı isə bildirir ki, Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni imzalayan və MAQATE-nin üzvü olan İran sülh məqsədləri üçün nüvə texnologiyasını inkişaf etdirmək hüququnda israrlıdır.