7 Sentyabr 2021 14:50
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dohaya səfər edən ABŞ Dövlət katibi Entoni Blinken Qətər əmiri Təmim bin Həməd Al Sani ilə müzakirələrdən sonra mətbuata açıqlama verib.

Teleqraf.com xəbər verir ki, dövlət katibi Qətərə Əfqanıstanla bağlı proseslərə dəstək verdiyi üçün təşəkkürünü də bildirib.

“Talibanla görüşdük, sənədləri olanlar ölkədən çıxa biləcəklər”,- deyə ABŞ dövlət katibi deyib.

Blinken eyni zamanda Qətər olmadan bu çərçivədə böyük və uğurlu bir təxliyə işlərini həyata keçirə bilməyəcəklərini xatırladaraq Qətərə dəstəyi üçün təşəkkürünü bildirib.


Müəllif: Cavad

Oxşar xəbərlər