7 Sentyabr 2021 15:49
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Müdafiə naziri Sergey Şoyqu ilə birlikdə Sibir regionlarının birində istirahətdədir, o Moskvaya çərşənbə günü axşam qayıdacaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Blaqoveşenskdən qayıdarkən Putin yolüstü bir neçə günlük regionda dayanıb, o, Sibirdə qalıb. Tezliklə Moskvada olacaq, sizə məlumat verəcəyik”, - deyə Kreml sözçüsü bildirib.

Peskov prezidentin konkret istirahət yeri barədə məlumat verməyib, lakin onun Şoyqunun yanında olduğunu təsdiqləyib. “Adi istirahətdir: tayqa, dağlar, gəzinti, təmiz hava və sair”, - deyə mətbuat katibi Putinin Sibirdə günlərinin necə keçməsi barədə suala cavab olaraq deyib.

Dövlət başçısının sözçüsü əmin edib ki, istirahətin foto və videoları “peyda olan kimi” Kreml onu yayımlayacaq. Prezidentin sabah günün sonunda Moskvaya qayıdacağı gözlənilir.

Putin ötən həftə Uzaq Şərqə işgüzar səfər edib. O, Primoryedə olub, burada Şərq İqtisadi Forumunda iştirak edib, həmçinin, Amur vilayətini ziyarət edib.

Bu, Putinin istirahət üçün Sibiri seçdiyi ilk hadisə deyil. Sonuncu dəfə o, mart ayında həftə sonunu qarlı tayqada keçirib. Bu səfərdə də prezidenti Şoyqu müşayiət edirdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər